Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb - Bu sözünə görə azad olunub

 11:50 09.07.2021     287

Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsilə Bakıxanov prospektinin kəsişməsində 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək sürücü barəsində maddi cərimə tətbiq edib. //Report.az