Rəisin intiharından sonra baş verənlər - ANBAAN VİDEO

 14:25 09.07.2021     890

Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Redaktor.az xəbər verir ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib.

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.

Hadisədən bir neçə dəqiqə sonra ərazidə çəkilən görüntüləri təqdim edirik: