Azərbaycanda icra başçısı keçmiş naziri döyüb - "Ağzı üstə yerə yıxılıldı və..."

 14:58 09.07.2021     721

İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub.

Redaktor.az xəbər verir ki, açılış zamanı icra başçısı Əhəd Əbiyev sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edib.

“Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxışlaşaraq bəzi xahişlər edirdilər. Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi. Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib, ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir. Həmin hadisədən bir müddət sonra onu həbs etdilər”.