Daha 3 erməni hərbçinin meyiti tapılıb - Hadrut

Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 3 erməni hərbçinin cəsədi Hadrut ərazisində tapılıb.
Redaktor.az xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb. Ölən hərbçilərin şəxsiyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.
Ümumilikdə münaqişə zonasında 1601 hərbçinin cəsədi və yaxud qalıqları tapılıb. //Sherg.az.