Sumqayıtda oğlanla qarajda meyiti tapılan qadın evli imiş - TƏFƏRRÜATLAR

 11:22 10.07.2021     646

Sumqayıtda qarajda meyiti tapılan şəxslərlə bağlı bəzi faktlar məlum olub. 

Redaktor.az xəbər verir ki, meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.

Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. //Lent.az

Millət vəkili korrupsioner məmurları ifşa etdi - "SƏNİN DƏDƏNİN YERİDİR?" / VİDEO

 11:00 10.07.2021     2715

Redaktor.az-ın “Bizim Müsahib” rubrikasının növbəti qonağı millət vəkili Rüfət Quliyev olub. 

Millət vəkili müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub. O, ölkədə işini düzgün görməyən, dövlətin müxtəlif işlər üçün ayırdığı pulları havaya sovuran məmurları ifşa edib. Həmçinin, sözügedən məmurların vətəndaşlarla pis rəftar etdiyini, onları dinləmədiyini, problemlərini həll etmədiyini bildirib.

Sözügedən müsahibəni təqdim edirik: