Müharibədə itkin düşən kapitanın nəşi tapılıb

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
Redaktor.az xəbər verir ki, 9 aydır itkin düşən kapitan Əkbər Bəylər oğlu Pənahovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.
Allah rəhmət eləsin! //Report.az.