Müharibədə itkin düşən kapitanın nəşi tapılıb

 15:26 11.07.2021     174

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, aidiyyəti üzrə təhvil verillib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata keçirilmiş əmaliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Əkbər Bəylər oğlu Pənahovun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə təhvil verilib.