Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bu gün səhər saatlarından başlayaraq Bakıda və ətraf yollarda avtomobil sıxlığı müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, tıxac bu yollarda yaranıb:
Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti).
Binəqədi şosesi - (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində).
Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində).
Qara Qarayev prospekti - (Koroğlu metro stansiyası istiqamətində).
Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində).
Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində).
Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol).
Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi).