Azərbaycanda ŞOK: “Qadınları zorlayaq!” çağırışı - DİN hərəkətə keçdi

 12:20 12.07.2021     599

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloqer “qadınları zorlayın!” deyə çağırış edib.

Redaktor.az bildirir ki, o, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”. //Oxu.az