“Açıq-saçıq geyinənləri zorlayın” deyən Tural kimdir ? - DOSYE

 13:02 12.07.2021     657

Sosial şəbəkədə “Pantural” kimi tanınan Tural Səfərovun kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi geniş müzakirələrə səbəb olub.

Bəs “Pantural” kimdir?

Tural Səfərovun dosyesini təqdim edirik:

Tural Səfərov 1985-ci il fevral ayının 28-ində Bakı şəhərində anadan olub, əslən Quba rayonundandır. Rəssam, kinorejissor, aktyor kimi fəaliyyəti olsa da, əsasən "VFX Supervisor" kimi çalışır.

Orta məktəbi bitirdikdən sonra Qərbi Rusiya Humanitar Universitetinin Azərbaycandakı filialına daxil olur və hüquqşünaslıq diplomuna yiyələnir. 2003-cü ildə isə öz istəyi ilə əyani təhsildən qiyabi təhsilə keçid alaraq hərbi xidmətə yollanıb.

2005-ci ildə hərbi xidməti bitirdikdən sonra ssenarisi və montajı özünə məxsus “KOMA” adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olub. 2011-ci ildən "Gilan Holding"-in tərkibində “FANTASY PICTURES” MMC şirkətinin direktoru vəzifəsində çalışır. //Metbuat.az