Ukraynadan Azərbaycana aviareyslərin sayı artırılır

 14:14 12.07.2021     139

"Ukrayna Beynəlxalq Hava Yolları" Azərbaycana reyslərin sayını artırır.

Redaktor.az-ın məlumatına görə, reyslərin sayı koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı artırılır.

Qeyd olunur ki, iyul ayında aviaşirkət Bakı-Kiyev-Bakı marşrutu üzrə reysləri həftədə iki dəfə həyata keçirəcək.

İyulun 13-dən başlayaraq uçuşlar çərşənbə axşamları, iyulun 24-dən isə şənbə günləri baş tutacaq. //Trend.az