Polis Bakı metrosunda maska reydi keçirib - FOTO

 14:36 12.07.2021     142

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.

Redaktor.az xəbər verir ki, polis əməkdaşları metronun "28 May" stansiyasında düzgün maska taxmayan şəxlərlə profilaktik söhbət aparıb.

Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi çatdırılıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər davam etdirilir:

“Nazirlər Kabinetinin qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də metroda maska taxmağın məcburi olması ilə bağlı qərarına uyğun olaraq insanlar bu qərara riayət etməlidirlər.

Maskalardan düzgün istifadə edilməlidir. Maskalar ağız və burun nahiyəsini tam olaraq bağlamalıdır. Əks halda bu həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər.

Bu səbəbdən hər kəsi qaydalara əməl etməyə və maskalardan düzgün istifadə etməyə çağırırıq”.

Qeyd edək ki, metroda maska taxılması məcburidir. //Report.az

222222