Səmayə Məmmədovaya yeni vəzifə verilib

 16:02 12.07.2021     601

Gənclər və İdman Nazirliyinin sabiq mətbuat katibi Səmayə Məmmədova yeni vəzifəyə təyinat alıb.

Redaktor.az bildirir ki, bu barədə o, özünün “Facebook” səhifəsində məlumat verib.

S. Məmmədova bundan sonra Bakı Nəqliyyat Agentliyində (BNA) PR məsələlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, S. Məmmədova gənclər və idman naziri Azad Rəhimovun vəfatından sonra öz istəyi ilə tutduğu vəzifədən ayrılmışdı. //APA