Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlanır

 08:24 13.07.2021     295

"Energetika Nazirliyi Xəzər dənizində külək enerjisi sahəsində layihələrin inkişafı üzrə işləri davam etdirir. Hazırda dənizdə külək enerjisinin istifadəsi üzrə yol xəritəsi hazırlanır".

Redaktor.az xəbər verir ki bu sözləri nazirliyin mətbuat katibi Cahid Mikayılov deyib.

Onun sözlərinə görə, indi Xəzər dənizinin Azərbaycan hissəsində tədqiqatlar aparılır. Enerji sektorunun idarə olunmasına kömək proqramı çərçivəsində ilkin qiymətəndirmə keçirilib. Xəzərin külək enerjisinin potensial gücü təxminən 157 giqavatt həcmində ölçülür.

C.Mikayılov əlavə edib ki, layihənin reallaşırılmasının konkret müddəti məlum deyil. //Trend.az