Bu gün 3 mindən çox müəllim imtahan verəcək

 10:20 13.07.2021     336

İyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu gün riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

İmtahanlarda 3291 nəfərin iştirakı gözlənilir.