Azərbaycanda 15 yaşlı qızı ərə verdilər - VİDEO

 10:39 13.07.2021     200

Şəkidə 15 yaşlı qız ailə qurub.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”. //Oxu.az

Azərbaycanda 15 yaşlı qızı ərə verdilər