AAYDA vətəndaşlara müraciət edib

 13:43 13.07.2021     548

Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmi e-mail ünvanına ([email protected]) və ya sosial şəbəkə hesabları vasitəsi ilə vətəndaşları müraciət etməyə çağırır.

AAYDA-dan Redaktor.az-a verilən məlumata görə, göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video əlavə etməyə xahiş edilir.

Qeyd olunur ki, küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün şikayət və təkliflərin bilavasitə AAYDA-ya bildirməyi olduqca vacibdir.