"AZGRANATA" şəhid ailələri ilə bağlı təşəbbüsə qoşulub - FOTO

 14:58 13.07.2021     491

"AZGRANATA" MMC Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edəcək.

Redaktor.az xəbər verir ki,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin "Dəmir Yolları" şöbəsinin təşkilatçılığı və "AZGRANATA" MMC-nin dəstəyi ilə Qurban bayramı ərəfəsində 40-dək şəhid ailəsinə bayram sovqatı çatdırılması nəzərdə tutulub.

Aksiyanın təşkil olunmasında məqsəd şəhid ailələrinə diqqət və qayğı göstərmək, müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramı onlarla birgə qeyd etməkdir.

Qeyd edək ki, "AZGRANATA" MMC hər zaman şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və bu istiqamətdə çoxsaylı layihələrdə aktiv iştirak edir.