Ukrayna kanalı Şuşa döyüşləri barədə süjet yayımlanıb - VİDEO

Ukraynanın “5-ci kanal”ı 44 günlük Vətən müharibəsinin ən parlaq səhifələrindən olan Şuşa döyüşləri barədə süjet hazırlayıb.
Redaktor.az xəbər verir ki, süjetdə bildirilir ki, uzun illər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa tamamilə dağıdılıb.
“Son 30 ildə Şuşa qondarma Dağlıq Qarabağ “respublikası”nın nəzarətində olub. Yalnız 2020-ci ilin sonlarında şəhər Azərbaycan ordusu tərəfindən alınıb. Bu, strateji cəhətdən mühüm ərazinin qaytarılması uğrunda aparılan artileriyasız, avtomat, qumbara və bıçaq kimi yüngül silahlarla həyata keçirilən unikal xüsusi əməliyyat idi”, - deyə “Həftənin yekunları” proqramında efirə gedən süjetdə bildirilib.