DİQQƏT: Əhaliyə vacib XƏBƏR VAR - Bu gün səhər saatlarından...

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Redaktor.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.