Beş nəfər qəbul imtahanından xaric edilib

 14:49 14.07.2021     695

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından beş nəfər xaric edilib.

DİM-dən Redaktor.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.