Naxçıvan-Bakı avtobus marşrutunun fəaliyyəti bərpa edilir

 21:41 14.07.2021     223

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Bu barədə Redaktor.az-a Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.