Qarabağda daha 7 erməni meyiti tapılıb

 01:32 15.07.2021     643

Qarabağ bölgəsindəki döyüş getmiş ərazilərdə axtarışlar zamanı daha 7 erməninin meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Suqovuşanda 3, Xocavənd rayonunda isə 4 erməni əsgərin meyitinin qalıqları tapılıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində döyüş gedən ərazilərdə tapılan erməni əsgər meyitlərinin sayı 1611-ə çatıb.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır. //Axar.az.