SƏRT KARANTİN: Bayram ərəfəsində hansı QADAĞALAR OLACAQ?

 10:56 15.07.2021     333

"Delta" ştammının Azərbaycanda aşkarlanmasından sonra sərt karantin rejiminin yenidən bərpa olunacağı iddia olunur. 

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını tibbi ekspert, həkim Mərdan Əliyev cavablayıb. O bildirib ki, virusla mübarizədə ehtiyatlı olmaq lazımdır:

“"Delta" koronavirusun onlarla ştammından biridir. Bir müddət əvvəl Böyük Britaniya ştammı yayılmışdı. Amma virusun bu növü Azərbaycanda bir o qədər də geniş yayılmadı. Hesab edirəm ki, "Delta" da belə olacaq. Lakin koronavirusun digər variantlarından fərqli olaraq "Delta" ştammının yoluxuduruculuq qabiliyəti daha yüksəkdir. Ona görə də ehtiyatlı olmaq lazımdır".  

Ekspert Azərbaycanda yenidən sərt karantin qaydalarının tətbiq ediləcəyini hesab etmir:

“Böyük ehtimalla bu virusa yoluxanlar daha əvvəl də var idi. Sadəcə indi genetik analiz aparıldı və bəlli oldu ki, ölkəmizdə də "Delta" ştammına yoluxanlar var. Əvvəlki kimi sərt dalğanın olacağını düşünmürəm. Çünki virusa yoluxub sağalanlar kifayət qədərdir. Vaksinasiya prosesi də davam edir. Təbii və süni immunizasiya kifayət qədərdir. Əhalinin az hissəsi virusla təmasda olmayıb”.

Şəbnəm Mehdizadə