Azərbaycanda milli antiplagiat xidməti yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir.
İnstitutdan Redaktor.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib.
Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və hazırda İnstitutda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.