Bakıya yeni metro qatarı gətirilib - FOTO

 15:24 16.07.2021     509

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.

Qeyd edək ki, Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı. //BAKU.WS

22222
Vumart və Güvən reklamı Vumart Güvən