Elmar Vəliyev işdən çıxarıldığını bilmir - “Retroqrad amneziya”

 13:28 17.07.2021     431

Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin psixoloji durumu ilə bağlı ekspert rəyi açıqlanıb.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Məlumata görə, ekspert rəyində, Elmar Vəliyevə “Retroqrad amneziya” diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır. Məlumata görə, E.Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.