Qanunsuz toy mərasimi keçirən şadlıq evinin sahibi CƏRİMƏLƏNDİ

 17:09 16.07.2021     273

Goranboy rayonunda adı rəsmi portalda qeydiyyatda olmayan “Talış” şadlıq sarayında toy mərasimi keçirilib.

Daxili İşləri Nazirliyi mətbuat xidmətinin Qərb regional mərkəzindən Redaktor.az-a verilən məlumata əsasən, Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan sarayda qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi barədə inzibati protokol tərtib edib.