FHN “Alov qüllələri”ndə yanğın-taktiki təlim keçirir

 11:03 17.07.2021     232

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirir.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin hündürmərtəbəli binalarada baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Təlimə DYMX-nin müvafiq canlı qüvvə və texnikası cəlb olunub.