Azad olunan ərazilərdə 177 mina aşkarlanıb

 17:36 17.07.2021     106

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Redaktor.az-a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 143 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.