Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb - FOTO

 11:33 19.07.2021     84

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edib, onları təbrik ediblər.

Görüşdə şanlı ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

22