Karantin qaydalarını pozan restoran sahibləri cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Obyektlərin sahibləri – Vüqar Allahverdiyev (“Turist” restoranının sahibi) və Ömər Yusifov (“Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri 4 min məbləğində cərimələnib. Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.