İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

 21:35 20.07.2021     313

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib.

Redaktor.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.