“Təzəpir” məscidində bayram namazı qılınıb - FOTO

 09:50 21.07.2021     109

Bakıda "Təzəpir" məscidində bayram namazı qılınıb.

Redaktor.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar dini ayin bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Qeyd edək ki, bu gün artıq ikinci gündür Azərbaycanda Qurban bayramı qeyd edilir. Nazirlər Kabinetinin qərarına əsasən bayramla əlaqədar 18-21 iyul qeyri-iş günləridir. //Trend.az

22222222222