Baş Prokurorluq 6643 halda izah verib

 15:22 22.07.2021     291

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "gununreqemi" həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 6643-dür.
Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

2