Yabanı halda bitən çətənə kolları məhv edilib - FOTO

 16:38 22.07.2021     102

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

2