Məmməd Arazın həyat yoldaşı vəfat edib

 22:05 22.07.2021     341

Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı bu gün axşam saatlarında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kulis.az-a millət vəkili Aqil Abbas məlumat verib.

G.Fətəliqızı Məmməd Arazla bağlı xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabını nəşr etdirmişdi.

Allah rəhmət eləsin!