“AZGRANATA” media-tur təşkil edib - MİLLİ MƏTBUAT GÜNÜ / FOTO / VİDEO

 12:43 26.07.2021     2440

Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab isehsalçısı “AZGRANATA” MMC Milli Mətbuatın 146 illiyi münasibətilə media nümayəndələri üçün Ağsu rayonunda yerləşən şirə və şərab emalı zavoduna media-tur təşkil edib.

Redaktor.az xəbər verir ki, media-tur Şamax rayonunda yerləşən “AZGRANATA” MMC-yə məxsus üzüm bağlarından başlayıb, Ağsudakı zavodda  davam edib. Tur iştirakçıları üzüm bağları və istehsal müəssisəsində yaradılan şəraitlə tanış olublar, istehsalat prossesini izləyiblər. 

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli jurnalistlərə  “AZGRANATA” MMC-nin fəaliyyəti və istehsal olunan məhsullar haqqında geniş məlumat verib. 

O bildirib ki, Avropanın aparıcı şirkətlərindən alınmış son model avadanlıqlar vasitəsilə istehsal fəaliyyətini həyata keçirən müəssisə qısa müddətdə həm ölkə üzrə, həm də beynəlxalq səviyyədə müsbət mənada populyarlıq qazanmış və istehsal edilən məhsulların çeşidlərini genişləndirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2017-ci ildə Şamaxı rayonuna səfəri çərçivəsində “AZGRANATA” MMC-yə məxsus 500 hektar ərazidə üzüm bağları ilə tanış olmuşdu və şirkətin iş fəaliyyətini yüksək qiymətləndirmişdi. 

O qeyd edib ki, “AZGRANATA” MMC-nin istehsalı olan meyvə şirələri, kompot məhsulları, nar sousu, mürəbbələr, abqora, həmçinin nardan, heyvadan və üzümdən emal edilən şərablar, meyvə araqları, Türk rakısı, vodka, viski, konyak və s. kimi brend məhsullar dünyanın 30 ölkəsinə ixrac edilir.

Zavodun meyvə şirələri sahəsindəki illik istehsal gücü 100 milyon, alkoqollu içkilər sahəsindəki istehsal gücü isə 24 milyon şərti qablaşdırma təşkil edir.

Səfər çərçivəsində jurnalistlərin diqqətinə çatdırılıb ki, indiyədək şirkətin Azərbaycanın bir çox şəhər və rayonlarında 60-dək firma mağazalarının açılıb.

Sonda qonaqlara “AZGRANATA” MMC-nin brend məhsullarından ibarət hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib. 

Şəbnəm Mehdizadə / Redaktor.az

2222222222222222222