Ermənilərin bir postu ələ keçirilib - İDDİA

 11:07 28.07.2021     1253

Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Kəlbəcər rayonu ilə sərhəddə düşmənin bir postu ələ keçirib.

Redaktor.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Qeyd edək ki, "Telegram" kanallarında paylaşımları ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyinin artmasına çalışan erməni bloger Mika Badalyan da erməni postunun itirildiyi haqda anons verib.

Onun sözlərinə görə, postun itirilməsi heç də pis əlamət deyil. 

Badalyan hazırda Basarkeçər rayonu ilə sərhəddə döyüşlərin getdiyini xüsusi vurğulayıb. //Eurasia Diary