Ermənistanda əhaliyə müraciət: QAN BANKINA gəlin! - Ölü və yaralı sayı çoxdur

 13:59 28.07.2021     1393

Ermənistan Ehtiyat Qan Bankının həkimi Avetis Darbinyan əhaliyə müraciət edərək, təcili qan vermələri üçün çağırış edib.

Redaktor.az xəbər verir ki, o, həmin qanın nə məqsədlə yığıldığı barədə açıqlama verməyib.

Bundan sonra ermənilər İrəvandakı Yolyan adına Hemotologiya Mərkəzinin qarşısına toplaşıblar.

Sadər ermənilər iddia edirlər ki, sərhəddə dünən gecədən səhərə qədər davam edən atışmada yaralanan erməni əsgərlərin sayı heç də 3 nəfər deyil. Artıq yerli media, sosial şəbəkələr də müzakirələrə başlayıblar ki, əgər Qan Bankı əlavə qan istəyirsə, bu döyüşlərdə çoxlu sayda erməni əsgərinin yaralanması deməkdir.

Oral Mədənçi / Redaktor.az