SON DƏQİQƏ: Əbülfəs Qarayevin səhhəti ağırlaşdı - Xəstəxanaya yerləşdirilib

 14:23 28.07.2021     1103

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Redaktor.az xəbər verir ki, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil. (Manşet.az)

Qeyd edək ki, bu hadisədən sonra keçmiş nazirin səhhətinin daha da ağırlaşdığı deyilir. Əldə etdiyimiz məlumata görə, Əbülfəs Qarayev təcili özəl xəstəxanalardan birinə yerləşdirilib.