Elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb

 00:40 29.07.2021     295

3.300-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb, cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəza çəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

Məlumata görə, həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək 2021-ci ildə həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2.900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1.070 məhkumdan isə qolbaqlar çıxarılıb. 

Hazırda 4.000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir. //Qafqazinfo.az