"Aİ-98" markalı benzin niyə tapılmır? - AÇIQLAMA

 11:23 31.07.2021     592

"Azərbaycanda 20 gündür ki, "Aİ-98" markalı benzin satılmır".

Redaktor.az bildirir ki, bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, "Aİ-98" markalı benzin Rumıniyadan idxal edilir, bunda çətinlik var:

"Artıq Gürcüstandan "Aİ-98" benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq". //Trend.az