Azərbaycanda güclü meşə yanğınları törədiləcək? - AÇIQLAMA

 18:48 03.08.2021     4567

Son illər böyük tələfata səbəb olan meşə yanğınları bütün dünyanı narahat edir.

Bir neçə gündür Türkiyədə başlayan yanğınların tam söndürülməsi hələ də mümkün olmayıb.

Bu yanğınların əsas səbəbi nədir? Azərbaycanda da böyük meşə yanğınları ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını ekoloq Telman Zeynalov cavablayıb. O bildirib ki, yanğınların əksəriyyəti süni şəkildə törədilir:

"Meşələrdə çox nadir hallarda təbii halda yanğın baş verir. Təəssüf ki, müəyyən maraqlar naminə meşə əraziləri qəsdən yandırılır”.

Ekspert bildirib ki, Azərbaycanda ciddi meşə yanğını gözlənilmir:

“İqlim dəyişiklikləri ciddi problemə çevrilib. Bu həmişə olub və davam edəcək. Lakin meşə yanğınlarına iqlim dəyişikliyinin səbəb olduğunu düşünmürəm. Bunun üçün ciddi əsas yoxdur. Əgər kimsə öz maraqları üçün meşələrimizi yandırmasa, Azərbaycanda ciddi təhlükəsi gözlənilmir”.

Şəbnəm Mehdizadə / Redaktor.az