Karantinin pozulduğu yas mərasimi aşkarlanıb

 11:19 26.08.2021     140

Saatlı rayonunda karantin qaydalarının pozulduğu yas mərasimi aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.