Bakının bəzi küçə və prospektlərində tıxac var – SİYAHI

 13:40 26.08.2021     132

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

1. Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır. Səbəbi isə, yol-nəqliyyat hadisəsidir.

2. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.

3. Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur. Səbəbi isə, yol-nəqliyyat vasitələrinin çoxluğudur.