Yüksək vəzifəyə təyin edilən Osman Xaliyev kimdir? - DOSYE

 14:20 26.08.2021     271

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

Redaktor.az xəbər verir ki, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək o həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

O. Xaliyev 2010-2012-ci illərdə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.