Koronavirus xəstələri ictimai yerdə saxlanılıb

 10:25 27.08.2021     113

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, araşdırmalar zamanı onun oğlu Azər Qasımovun da koronavirus testinin nəticəsinin pozitiv çıxdığı məlum olub. Buna baxmayaraq, o, rayon ərazisində aşkarlanıb və idarə etdiyi avtomobili ilə saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.