Bakıda piyada keçidi günəş enerjisi ilə işıqlandırılıb - VİDEO

 10:35 27.08.2021     115

Bakının Müzəffər Həsənov və Volodarski küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlanılıb.

Bu barədə Redaktor.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, piyada keçidinin işıqlandırılmanın nəticəsində günün qaranlıq saatlarında, həmçinin pis hava şəraitində yol nişanlamalarının görünən olması təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb.

Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub.

Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.