Laçında arıçılar ilk məhsul götürüblər - VİDEO

 19:10 27.08.2021     146

İki ay əvvəl Laçına öz təsərrüfatlarını qurmağa gələn arıçılar ilk məhsullarını götürüblər. 

Redaktor.az xəbər verir ki, Firəddin Dadaşov və Mirsaməddin Əldülxaliqov arı yeşiklərini Şəmkir rayonundan zəngin flora və faunası ilə fərqlənən Laçın rayonuna gətiriblər. 

Hazırda rayonun Qorçu kəndində çox məhsuldar bir işə başlayan laçınlı arıçılar təsərrüfatı genişləndirməyi planlaşdırırlar. 

Qeyd edək ki, Laçın yaylaqlarına ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı köçürülüb. Bundan əvvəl Kəlbəcər rayonuna da arı təsərrüfatları köçürülmüşdü.